Şiirler

NƏĞMƏ

Göyün üzündə - durna qatarı,
Suyun üzündə - gülün yarpağı.
Sənin gözündə dünya gözəldi?!
Mənim gözümdə ağlayır dünya.

Gül desən – gülərəm,
Gəl desən – gələrəm.
Yolunda ölərəm
- Qurbanı məndən.

Dadlı gecələr – qoy sənin olsun!
Dərdli gecələr mənimlə qalsın.
Ayrıldıq yandıq – yandıq ağladıq,
Həsrəti səndən, göz yaşı məndən.

Gül desən gülərdim,
Gəl desən gələrdim.
Yolunda ölərdim
Vəfasızım...